Şuşada minaya düşən Rahimin ayağı amputasiya edildi

Şuşa şəhərində mina partlayıb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupu xəbər verir ki, hadisə bu gün saat 11:15 radələrində Şuşa şəhərində Tar sexi adlanan ərazidə baş verib. Elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Məlum olub ki, R.Həbibov ayağından xəsarət alıb. O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ