Gələn il fevralın 7-si qeyri-iş günü olacaq

Azərbaycanda gələn il fevralın 7-si qeyri-iş günü olacaq.

Bu, Seçki Məcəlləsində nəzərdə tutulub.

Belə ki, sənədə görə, növbədənkənar prezident seçkilərinin elan edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.

Beləliklə, 2024-cü il fevralın 7-si - çərşənbə günü qeyri-iş günü olacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ