“Blinken Bayramovla Mirzoyanı Vaşinqtonda qəbul etməyi gözləyir”

“ABŞ Dövlət katibi Entoni Blinken sülh danışıqları aparmaq üçün Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir”.

Bu barədə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn öz “X” hesabında paylaşım edib.

O, Bakıda pozitiv və konstruktiv görüşlər keçirdiyini vurğulayıb: “Azərbaycan Prezidenti İlham Əliyevə bildirdiyim kimi, ABŞ Azərbaycan Mərkəzi Bankının rəhbəri və energetika nazirinin səfərlərini alqışlayır, Dövlət katibi isə sülh danışıqları aparmaq üçün tezliklə Vaşinqtonda Bayramov və Mirzoyanı qəbul etməyi səbirsizliklə gözləyir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ