Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ilkin məlumata əsasən, Azərbaycan ərazisində zəlzələ baş verib.
Yerli vaxtla 08:16-da baş verən zəlzələ 5.6 bal gücündə qeydə alınıb. Zəlzələnin ocağı Xəzər dənizində yerləşib.
08:19
Bakıda güclü zəlzələ olub.
Yeraltı təkanlar paytaxtla yanaşı bir neçə rayonda da hiss olunub.
Təxminən saat 08:17 radələrində baş verən zəlzələ ilə bağlı hələ ki rəsmi məlumat verilməyib.