Bakıda avtobus yaşayış evlərinin üstünə çıxdı - video

Bu gün Bakının Günəşli qəsəbəsində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib.

46 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunun sürücüsü idarəetməni itirib.

Nəticədə avtobus yol kənarında yamacda yerləşən yaşayış evlərinin üzərinə çıxıb.

Hadisə zamanı ölən və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ