Ermənistanda ömürlük həbs cəzası almış hərbçinin anası danışdı

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

H.Axundovun anası Şəlalə Axundova Pravda.az-a açıqlamasında çağırış edib.

“Heç nədən xəbərimiz yox idi. Mənə indi yaxınlarım xəbər verdilər. “Telegram”da da oxudum. Jurnalistlər gəlsinlər, çəkiliş etsinlər. Çağırış etmək istəyirəm. Hara gedəcəyimi, nə edəcəyimi bilmirəm... Artıq ürəyim partlayır. Daha bəsdir, balamı gətirin. Prezidentimizdən xahiş edirəm, Hüseyni düşmən əlində buraxmasın. İnanıram ki, dövlətimiz tədbir görəcək. Azərbaycan dövləti bir əsgərini belə düşmən əlində bu günə qədər buraxmayıb, buraxmaz da. Balam düşmən torpağında çürüyəsi deyil. Günahsız yerə görün oğluma nələr edirlər”, - deyə o bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ