Mədəkiçiltmə əməliyyatından sonra ölən AzTv əməkdaşının anası danışdı: "Evə gələn kimi..."

24 yaşlı gəncin əməliyyatdan sonra ölməsi həkim məsuliyyətsizliyindən qaynaqlanmayıb.

Bununla bağlı Oxu.Az-a Azərbaycan Televiziyasının (AzTV) mətbuat katibi Rüfət Seyidov məlumat verib. O qeyd edib ki, AzTV-nin vəfat edən əməkdaşının ailəsi hadisədə həkim səhvinin olmadığını bildirib:

"Ailədən aldığımız məlumata görə, sürücümüz Vüqar Rəsulov dekabrın 1-də özəl xəstəxanalardan birində mədəkiçiltmə əməliyyatı olunub. Əməliyyat uğurlu keçib, xəstə evə buraxılıb. Ailəsinin bildirdiyinə görə, evə gələndən sonra Vüqar çox susadığını deyib, su istəyib. Həkim suyu çox az və damcı-damcı içməyi tapşırsa da, Vüqar buna əməl etmədən birdən-birə xeyli su qəbul edib. Bundan sonra sürətlə halının pisləşdiyini müşahidə ediblər. Gənc oğlan atasına onu çox istədiyini deyib və qucaqlayıb. Ailəsi vəziyyətinin çox pis olduğunu görərək, dərhal təcili yardım çağırsa da, Vüqar xəstəxanaya aparılarkən, yolda keçinib.

Hazırda əməkdaşlarımız Şəkidə dəfn mərasiminə qatılıblar. Gənc əməkdaşımızın vəfatına çox təəssüflənirik, ailəsinə başsağlığı və səbir diləyirik".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ