Bakıda məşhur məktəbdə 9 şagird qızılcaya yoluxdu

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyi bir sinifdə 10 şagird və bir müəllim qızılcaya yoluxması barədə yayılan xəbərlərə münasibət bildirib.

Liseydən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bir sinifdə 10 şagirdin qızılcaya yoluxması haqqında məlumat həqiqətə uyğun deyil. 

Ümumiyyətlə, məktəb üzrə indiyədək doqquz şagird və bir müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtlarda və ayrı-ayrı siniflər üzrə) qeydə alınıb.

Qeyd edək ki, son günlər ölkədə qızılcaya yoluxma halları artıb.

15:28

Paytaxtda, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində bir sinifdə 10 şagird və 1 müəllim qızılcaya yoluxub.

BAKU.WS-in əldə etdiyi məlumata görə, hadisə sözügedən məktəbin rus bölməsi üzrə 1-ci sinfində qeydə alınıb. 

Sinifdə tədrisin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlı adiyyəti qurumların qərarı gözlənilir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ