Balakəndə faciəvi şəkildə ölən Günay idmançı imiş - foto

Keçən həftə Balakən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində vəfat edən 26 yaşlı Günay İsmayılova barəsində yeni məlumatlar yayılıb.

Publika.az xəbər verir ki, Balakənin Hənifə kəndindən olan G.İsmayılova voleybolçu olub və Bakıda yaşayıb. O, hadisə baş verən gün Bakıdan yaxınlarının yaşadığı rayona gedib.

Qeyd edək ki, rayonun Şambul kənd inzibati ərazisində “Mercedes” markalı avtomobillərin toqquşduğu hadisədə Günayla yanaşı, 1974-cü il təvəllüdlü Şərif kənd sakini Şaban Cuma oğlu Elayev də həlak olub. Daha beş nəfər isə xəsarət alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ