Afətin mahnısını oxuyan tibb bacıları niyə işdən qovuldular? - AÇIQLAMA

Səhiyyə Nazirliyi Şəki Mərkəzi Rayon Xəstəxanasının beş əməkdaşının işdən çıxarılması ilə bağlı məsələyə aydınlıq gətirib. 

 
Buta.media xəbər verir ki, qurumdan Oxu.Az-a verilən açıqlamada bildirilib ki, onlar işdən müğənni Afət Fərmanqızının mahnısını ifa etdiyi üçün çıxarılmayıblar. 
 
“Bu hadisə Şəki Mərkəzi Rayon Xəstəxanasında baş həkimlə işçilər arasında yaşanan məsələdir. Əgər işçilər hüquqlarının pozulduğunu düşünürsə, aidiyyəti üzrə məhkəməyə müraciət edə bilərlər”.
 aOnlar ayın 5-i bu videonu iş saatında cərrahi blokda çəkiblər. 
Şəki Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Elçin Əmirov da yayılan söz-söhbətlərə aydınlıq gətirib.
 
Baş həkim saytımıza açıqlamasında işçilərin ayın 6-da öz ərizələri ilə işdən ayrıldıqlarını deyib:
 
“Onlar ayın 5-i bu videonu iş saatında cərrahi blokda çəkiblər. Videogörüntüləri özünüz də izləmisiniz. Tibb işçilərinə yaraşan hərəkət deyil. Onları heç kim təhqir etməyib, heç kim təzyiq göstərməyib. Onlar həkim deyil, iki tibb bacısı, üç xadimə olub.
 
Onları otağa çağırıb məsələyə aydınlıq gətirmələrini istəmişəm. Bildirdim ki, iş saatlarında bu kimi davranışa yol vermək olmaz. Onlar da özləri ərizə yazıb işdən çıxdılar. İndi efirlərə yazırlar, hərəkətlərindən peşman olublar. Bu, sadəcə, məlum hadisəyə ictimai qınaqdır”.
 
Baş həkim həmin işçilərin yenidən işə qaytarılması ehtimalının olub-olmamasına da aydınlıq gətirib. O bildirib ki, bu, mümkün deyil

Məsələnin hüquqi tərəflərini saytımıza şərh edən hüquqşünas Günel Səfərova bildirib ki, Əmək Qanunvericiliyinə görə, məlum videoda heç bir huquq pozuntusu yoxdur:
 
“Əmək Qanunvericiliyində işçinin könüllü şəkildə işdən çıxmasına dair maddə var. Bu maddə hazırda əksər iş yerlərində yaxşı şəkildə istifadə edilir. Çünki könüllü deyil, işə götürən tərəfindən işdən çıxarılan şəxsin məhkəməyə və aidiyyəti orqanlara müraciət etmək hüququ yaranır.
 
Hazırda onların məhkəməyə müraciət etmək hüququ və məsələni aydınlaşdırmaq haqları var. Ancaq burada bir məsələ var. Həkimlərin, eləcə də, müəllimlərin xüsusi davranış, etik kodeksləri var. Videonun hansı məkanda çəkildiyini dəqiq bilmək olmur.
 
Arxada xəstələr yoxdur. Bu, sadəcə, əyləncə xarakterli video olub. Qanunla burada heç bir pozuntu yoxdur. Yaxşı olardı ki, insanların sağlamlığına ziyan vuran həkimlərə bu cür sərt cəzalar tətbiq edilsin, nəinki bu kimi hallara”.
 
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ