Nərgiz Absalamova barədə həbs qərarı verildi

“Abzas Media” saytının əməkdaşı Nərgiz Absalamova həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Xətai  Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən, qaçaqmalçılıqda ittiham olunan N.Absalamova barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, bundan əvvəl sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı və direktor müavini Məhəmməd Kekalov eyni ittihamla həbs ediliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ