Emin Əmrullayevdan Amerikada təhsil alanlarla bağlı - açıqlama

Elm və təhsil naziri Emin Əmrullayev ABŞ-də təhsil alan gənclərin casusluq etməsi iddiaları ilə bağlı sualı cavablandırıb.

“Qafqazinfo” xəbər verir ki, nazirin sözlərinə görə, belə bir ümumiləşdirilmiş fikir səsləndirilməyib.

“Mətbuatda “Amerikada oxuyanların hamısı agentdir” deyə bir fikir yoxdur. Dövlət proqramı ilə bu günə qədər də ABŞ-də təhsil alan tələbələrimiz var. Əgər onlar təhsil alırsa, biz onların təhsilini dəstəkləyirik”, - deyə Emin Əmrullayev qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ