Skopyedə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılmır.
Bu barədə “Armenia Today” Ermənistan XİN sözçüsü Ani Badalyana istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclası çərçivəsində Ararat Mirzoyanla Ceyhun Bayramovun görüşü planlaşdırılmır.