Bakıdan Sumqayıt istiqamətinə avtobus zolağı çəkilir

Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, Sumqayıtdan Bakı istiqamətində təşkil edilən avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ