Paytaxtın Qaradağ rayonunda ölüm hadisəsi baş verib.
Buta.media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, rayon ərazisində 60 yaşlı Şamil Xəlifov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.
Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, təcili tibbi yardım briqadası hadisə yerinə çağrılanda artıq vətəndaş ölmüşdü:
“Hadisə yerinə çağırılan təcili yardım briqadasının həkimlərinə ölüm faktını təsdiqləməkdən başqa bir şey qalmayıb”.
Ağır cinayət hadisəsinin kim tərəfindən törədildiyi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.