Ödənişli yolda ağır qəza - Ölənlər var

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib.

Azərtac xəbər verir ki, yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində "Nissan" markalı avtomobil aşıb. Qəza zamanı 55 yaşlı Təranə Babayeva və 59 yaşlı Xalis Babayev aldığı xəsarətlərdən dünyasını dəyişiblər.

Qəzanın baş verməsinə ilkin səbəb kimi yüksək sürət göstərilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ