Əhali hava şəraiti ilə bağlı SMS xəbərdarlıqla məlumat alacaq

“Artıq əhali hava şəraiti ilə bağlı SMS xəbərdarlıqla məlumat ala biləcək”. 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov qlobal iqlim dəyişmələri mövzusunda keçirilən dəyirmi masada deyib. 

Onun sözlərinə görə, bununla bağlı işlər aparılır: “Növbəti il bunla bağlı ilkin addımlar atılacaq. Biz bununla bağlı beynəlxalq təcrübəni ölkəmizdə tətbiq etməyə çalışacağıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ