Xankəndidə Qarabağ Universiteti yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs (bundan sonra – Universitet) yaradılıb.
Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində Universitetin nizamnaməsini təsdiq edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Universitetin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görməli, Universitetin Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etməlidir.