Bakı bulvarında dəhşətli anlar - SON DƏQİQƏ + VİDEO

Dənizkənarı Bulvarda qadın intihara cəhd edib.

Buta.media-nın məlumatına görə, 32 yaşlı Babayeva Nuranə Məhəmməd qızı Bulvar ərazisində özünü dənizə atıb.

Hadisə yerinə FHN-nin Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları cəlb olunub. Onu sudan çıxarmaq mümkün olub.

N.Babayeva dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyətinin kafi olduğu bildirilir.

Qadının hansı səbəbdən intihara cəhd etməsi araşdırılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ