Bakı şəhəri Heydər Əliyev prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.media-nın məlumatına görə, Suraxanı dairəsi adlanan ərazidə şadlıq sarayının qarşısında “Toyota Prius” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Piyada zərbənin təsirindən dünyasını dəyişib. Qəza səbəbindən magistral yolda sıxlıq yaranıb.