Şagird məktəbin tualetində özünə xəsarət yetirdi

Bakı şəhəri, Suraxanı rayonunda 89 nömrəli tam orta məktəbdə şagirdin ayaqyolunda zorakılığa məruz qalması barədə iddialara aydınlıq gətirilib.

Məktəbdən “Qafqazinfo”ya bildirilib ki, VII sinifdə təhsil alan məktəbli qız (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) direktor müavininə yaxınlaşaraq iki sinif yoldaşı ilə birgə 5-ci dərsdən sonra ayaqyolunda olduğunu və onlar getdikdən sonra təzyiqə məruz qaldığını iddia edib.

Məktəb rəhbərliyi məsələni araşdırmağa başlayıb:

“Zərərçəkmiş məktəbli gözünün bağlı olduğunu və  bunu kimlərin etdiyini görə bilmədiyini söyləyib. Məktəbli ilə birgə ayaqyolunda olan digər iki qız da dəvət olunub və onlar bu barədə heç bir məlumatlarının olmadığını söyləyiblər. Qeyd ediblər ki, zərərçəkmiş məktəbli qız "mənim işim var" deyərək onları yola salıb.

Məsələni aydınlaşdırmaq üçün şagirdin valideyni məktəbə dəvət olunub. Valideyn də məsələnin araşdırılmasında iştirak edib. Evə qayıtdıqdan sonra valideyn evdən övladının gizlətdiyi kəsici alət tapdığı haqqında məlumat verib. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Araşdırma zamanı məlum olub ki, şagird özü-özünə xəsarət yetirib və qorxduğu üçün yalan söyləyib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ