ABŞ-nin Azərbaycandakı səfirliyi Amerikada təhsil alan, bu ölkənin agentura şəbəkəsinə cəlb edilmiş bir qrup azərbaycanlı tələbə ilə görüşü təcili təxirə salıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı aidiyyəti şəxslərə bildiriş göndərilərək görüşün qeyri-müəyyən vaxta təxirə salındığı qeyd olunub.
Məsələ burasındadır ki, “Məzunların yubiley qalası” adı verilən “tədbir” əslində, sabah 18:30-da “JW Marriott Absheron” hoteldə keçirilməli idi. Bununla bağlı ötən gün “Qafqazinfo”da məlumat yayılmış, Azərbaycanın hüquq-mühafizə orqanlarının məsələdən xəbərdar olduğu, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü oxucuların diqqətinə çatdırılmışdı.