Bakıda gənc qızın həyatına son qoyan yol-nəqliyyat hadisəsi baş verib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-coğrafiya fakültəsində təhsil alan 1-ci kurs tələbəsi Əsgərova Əzizə Qalib qızı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Bu barədə məlumat universitetin sosial media hesabı vasitəsilə yayılıb. Universitet mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib.