Bakı-Sumqayıt yolunda qəza törədib qaçan daha bir sürücü aşkar edilərək saxlanılıb.
DİN-in Mətbuat xidməti xəbər verir ki, Bakı-Sumqayıt yolunda “Opel” markalı 99-GC-845 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar edilərək məsuliyyətə cəlb edilməsi barədə 44 günlük Vətən müharibəsi iştirakçısı Vəfadar İsmayılov tərəfindən 050-8000-902 whatsapp nömrəsinə daxil olmuş müraciət əsasında Baş DYP İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı şöbəsində araşdırma başlanılıb.
Araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin “Ravon” markalı 99-DX-976 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədənin 1995-ci il təvəllüdlü Abbaszadə Röyal Qalib oğlu olduğu aşkar edilib.
Həyata keçirilən tədbirlər nəticəsində Röyal Abbaszadə müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.