İsmayıllıda avtomobil dərəyə aşdı, beş hindistanlı yaralandı

İsmayıllı rayonunda turistlərin olduğu avtomobil qəzaya düşüb. Hadisə Tircan kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes Vito” markalı avtomobilin dərəyə aşması nəticəsində 5 nəfər hindistanlı, 1 nəfər azərbaycanlı xəsarət alıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirib ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatları araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ