Məhəmməd Kekalov nədə ittiham olunur? - məhkəmə qərar verdi

“Abzas Media” saytının direktor müavini Məhəmməd Kekalov həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Qərara əsasən M.Kekalov haqda 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. İki gün əvvəl eyni ittihamla sözügedən saytın direktoru və baş redaktoru da həbs edilib.

Xatırladaq ki, “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı da qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ