Yolun ortasında sərnişin mindirən “Prius” kameraya düşdü - video

Bakıda daha bir taksi sürücüsünün yol hərəkəti qaydalarını kobudcasına pozmasının görüntüləri yayılıb.

Sosial şəbəkələrdə yayılmış görüntülərdə mərkəzi küçələrdən birində “Toyota Prius” markalı avtomobilin qəza işıqlarını yandıraraq geriyə hərəkət etməsi görünür. 

Həmin sürücü hərəkət zolağını dəyişmədən yolun ortasında avtomobili saxlayaraq yol kənarında dayanmış müştərini avtomobilə çağırıb. Sərnişin əvvəlcə yolun ortasında dayanmış avtomobilə minmək istəməsə də, sonradan avtomobilə yaxınlaşır.

Qeyd edək ki, paytaxt ərazisində taksilərin, xüsusilə “Toyota Prius” markalı avtomobillərin tez-tez qaydaları pozmaları və qəzalar törətmələri barədə məlumatlar yayılır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ