Xüsusi təyinatlılar paraşüt tullanışlarında - video

Hərbi Dəniz Qüvvələri (HDQ) komandanının təsdiq etdiyi döyüş hazırlığı planına əsasən HDQ-nin Dəniz xüsusi təyinatlıları paraşüt tullanışları icra ediblər.

Müdafiə Nazirliyindən (MN) “Qafqazinfo”ya verilən məlumata görə, 600 və 1200 metr hündürlükdən çətinləşdirilmiş paraşüt tullanışları Dəniz xüsusi təyinatlıları tərəfindən uğurla yerinə yetirilib.

Bundan başqa helikopterlərdən müxtəlif üsullarla enmə tapşırıqları da icra edilib.

Keçirilən məşqlərin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək və ekstremal şəraitlərdə döyüş tapşırıqlarının icrası üzrə praktiki vərdişlərini təkmilləşdirməkdir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ