Noyabrın 23-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, günün ikinci yarısından 24-dək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Noyabrın 23-24-də Azərbaycanın rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 23-də ayrı-ayrı yerlərdə arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.