Ermənistan XİN: “İki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var”

“İrəvan Bakı ilə yenidən danışıqlarda iştirak etməyə hazırdır”.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, rəsmi İrəvan Ermənistanın Azərbaycanla münasibətlərin nizamlanması üçün siyasi iradəsini bir daha təsdiq edərək, noyabrın 21-də Bakıya sülh sazişi üzrə özünün altıncı təkliflər paketini göndərib.

“Erməni tərəfi inanır ki, bütün çətinliklərə və çağırışlara baxmayaraq, iki ölkə arasında sülhün bərqərar olması üçün real imkan var və buna hər iki tərəfdən siyasi iradə olarsa nail olmaq olar. İrəvan bu iradəsini nümayiş etdirməkdə davam edir. Xarici İşlər Nazirliyində belə təzahürlərdən biri də Ermənistanın dövlət sərhədində delimitasiya komissiyalarının iclasının keçirilməsi təklifi olub”, - nazirlikdən bildirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ