Naxçıvanda yeni təyinatlar

Şahbuz Rayon Təhsil Şöbəsinə yeni müdir təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov əmr imzalayıb.

Əmrə əsasən, Ayşən Əsgərova Şahbuz Rayon Təhsil Şöbəsinin müdiri təyin edilib.

A. Əsgərova bu təyinatadək Heydər Əliyev adına Hərbi Liseydə bölmə rəisi vəzifəsində çalışıb.

Digər əmrə əsasən, Qəbulov Elşən Tofiq oğlu Babək Rayon Təhsil Şöbəsinə müddətli müqavilə ilə müdir təyin olunub.

Qeyd edək ki, Elşən Qəbulov İngilis dili müəllimi ixtisasını bitirib və 14 ilə yaxın dövlət qulluğunda çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ