Hacıqabulda “Prius” aşdı: iki yeniyetmə öldü

Hacıqabulda yeniyetmələrin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Abdulyan kəndində qeydə alınıb.

“Toyota Pirius” markalı minik avtomobilinin aşması nəticəsində iki yeniyetmə-15 yaşlı Məhəmməd Abışov və 13 yaşlı Əliyar Şirəliyev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ