AYB-nin katibi: “Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”

“Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib.

Onun sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib:

“Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var”.

“Həmin ev bölgüsü prosesində iştirak etməmişəm. Düşünürəm ki, ev bölgüsü kimin evinin olub-olmaması prinsipi ilə aparılıb”, - deyə E.Hüseynbəyli vurğulayıb.

Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ