Azərbaycanda dəhşətli qəza: Xeyli sayda ölən var - VİDEO

Ələt-Astara magistralında ağır yol qəzası baş verib.

Buta.media Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında yeni Ələt-Astara magistral yolunun 85-ci kilometrliyində, Neftçala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı miroavtobus qarşıda gedən"Kamaz” markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Qəzada 4 nəfərin öldüyü, 2 nəfərin isə yaralandığı bildirilir.

Ölənlərin meyiti müayinə olunması üçün Salyan morquna gətirilib.

Xəsarət alanlar isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ