Bakı məşhur ticarət mərkəzində film kimi cinayət - Hadisə kameraya düşdü

Bakıda soyğunçuluq olub.

Buta.media ONA-ya istinadən xəbər verir ki,  hadisə “Sədərək” ticarət mərkəzində qeydə alınıb.

Masallı rayon sakini, 1957-ci il təvəllüdlü İsrafilov Nadir İsrafil oğlu mayın 20-də Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək, həmin gün saat 16:30 radələrində ticarət mərkəzində bir nəfər naməlum şəxsin içərisində 7700 dollar, 34581 AZN olmaqla ümumilikdə 47671 manat pul olan sellofan torbanı əlindən alaraq qaçdığını bildirib.

Daxil olan məlumat əsasında axtarışlara başlanılıb.

Hadisəni törədən şəxs həmin ərazidəki təhlükəsizlik kameralarına düşüb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ