Bakının mərkəzində istifadəyə verilən park şəkillərdə: Paytaxtın “ağciyəri” - FOTO

Bu gün Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışı baş tutub.

Buta.media-nın məlumatına görə, layihəni Avstriyanın məşhur memarı Yans Hoffman işləyib.

Mərkəzi Parkın ərazisində 2 kafe də fəaliyyət göstərəcək. 

Ərazidə bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası yaradılıb. Ərazidə böyüklər üçün şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası salınıb.

Parkın ərazisində ümumilikdə 9 fəvvarə tikilib. 

Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib.

Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakıya Şollar su kəmərinin çəkilişi ilə əlaqədar şəhərin müxtəlif məhəllələrində tikilən və yerli sakinlər arasında “Qüllə” kimi tanınan su qüllələri və quyuları aşkarlanaraq bərpa edilib. Həmin su quyularından bu istirahət məkanında aparılan suvarma işlərində istifadə olunur.

Parkın ərazisində Mirzəağa Əliyev küçəsi və Təzəpir məscidi arasında müasir standartlara cavab verən 347 yerlik yeraltı avtomobil dayanacağı tikilib. Dayanacaq təbii havalandırma, müasir işıqlandırma, təhlükəsizlik kameraları ilə təchiz edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ