Bakıda yolu keçən qadını maşın vurub öldürdü

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Binəqədi rayonunun Azadlıq prospektində qeydə alınıb. 

1963-cü il təvəllüdlü İlyas Paşayev idarə etdiyi "Mitsubishi Airtrek" markalı avtomobillə yolu keçən 1968-ci il təvəllüdlü Aygün Şərafəddin qızı Həsənovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ