ABŞ Senatı Azərbaycana hərbi yardımı dayandırılmasını nəzərdə tutan “2023-cü il tarixli Ermənistan Müdafiə Aktı” olan S. 3000-i qəbul edib.
Bu barədə ABŞ Senatının saytında bildirilib.
Noyabrın 15-də təsdiq edilmiş qanun layihəsi ABŞ administrasiyasının Azadlığa Dəstək Aktına 907 saylı düzəlişin dayandırılması səlahiyyətinin ləğvini nəzərdə tutur.
Qanun layihəsinin qanuni qüvvəyə minməsi üçün hələ də ABŞ Nümayəndələr Palatasının təsdiqini və prezidentin razılığını almalıdır.
Qeyd edək ki, qanun layihəsinin müəllifi 2023-cü ilin sentyabrında Ermənistana səfər etmiş ABŞ nümayəndə heyətinə rəhbərlik edən senator Cerri Pitersdir.