Tanınmış alimi maşınla vurub öldürən vəzifəli şəxs imiş

Bakıda tanınmış alim Arif Acaloğlunun ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 23 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Azər Spartak oğlu Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini, 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məlumatı Bakı ŞBPİ-nin DYP İdarəsindən saytımıza təsdiq ediblər.

Qeyd edək ki, avtomobili idarə edən Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ