Bakıda böyük söküntü

Ceyhun Hacıbəyli küçəsində başlanan söküntü işlərinin ərazidə park salınacağı ilə bağlı olduğu deyilir.

Bu barədə sosial şəbəkələrdə məlumat yazılıb.

Söküntü işləri təxminən Nəsib bəy Yusifbəyli küçəsi ilə kəsişmədən başlayıb.

Hazırda “Tikinti bazarı”na qədər davam edən söküntünün Hənifə Ələsgərov küçəsinə qədər ərazini əhatə edə biləcəyi deyilir. İndiyə kimi sökülən tikililər bir-iki mərtəbəli kommersiya obyektləri olub. Bazar da köçürülüb və hazırda onun ərazisində söküntü işləri aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ