Rusiyada küçədə insanları döyən azərbaycanlı bloqer ekstradisiya edildi - video

Azərbaycan Sankt-Peterburq şəhərində axtarışda olan 18 yaşlı bloqer Tural Məmmədovu Rusiyaya ekstradisiya edib.

Bu barədə məlumatı Rusiya Baş Prokurorluğunun Mətbuat xidməti yayıb.

Məlumata görə, azərbaycanlı bloqerə qarşı xuliqanlıq etmək və etnik zəmində düşmənçiliyin qızışdırılması ilə bağlı ittihamlar irəli sürülüb.
Ətraflı

Sosial şəbəkələrdə T.Məmmədovun ekstradisiya anının görüntüləri yayılıb. 

Xatırladaq ki, bir müddət əvvəl Rusiya mediası Tural Məmmədovun Azərbaycanda saxlanıldığını yazıb. Məlumata görə, T.Məmmədov həmin şəhərdə sakinlərə hücum edərək hadisənin görüntülərini lentə alan yeniyetmələrdən ibarət dəstənin başçısı kimi axtarılırmış. Bildirilirdi ki, yeniyetmələr sakinlərə hücum etdikləri anın görüntülərini teleqram kanallarında yaydıqdan sonra məşhurlaşıblar. Məsələ ilə bağlı Rusiyada cinayət işi başladılıb. İlkin informasiyaya əsasən, dəstənin 10 üzvü saxlanılıb. Rusiyanın İstintaq Komitəsi oktyabrın 28-i Məmmədovu beynəlxalq axtarışa verib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ