Bakıda 10 yaşlı oğlanı zorladılar - Pedofil saxlanıldı

Bakının Binəqədi rayonunda pedofil saxlanılıb.

Buta.media-nın xəbərinə görə, bu barədə Oxu.Az-a rayonun Polis İdarəsindən məlumat verilib.

Beşinci Polis Bölməsinin əməkdaşları 33 yaşlı Kürdəmir rayon sakini A.Əbilovu saxlayıb.

O, mayın 21-də axşam 20:00 radələrində 10 yaşlı oğlanı tovlayaraq, 3026-cı məhəllədə yerləşən şadlıq evinin arxasında zorlamaqda ittiham olunur.

Pedofili çevik polis alayının əməkdaşları şahidlərin köməyi ilə saxlayıb. Hazırda saxlanılan şəxsin başqa oxşar cinayətlər törədib-törətmədiyi araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ