“Azərbaycan İsraildən “Barak MX” sistemləri alır”

“Azərbaycan İsraildən əlavə olaraq yerli istehsal olan “Barak MX” hava hücumundan müfadiə sistemləri almaq qərarına gəlib”.

Bu barədə məlumatı “Defence Industry Europe” portalı yayıb. 

Müqavilənin dəyərinin 1,2 milyard dollar olduğu bildirilir. 

Məlumata görə, bir müddət əvvəl “Israel Aerospace Industries (IAI)” şirkəti Azərbaycanda “Barak MX” sistemlərinin nümayişini həyata keçirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ