Fransanın Ermənistana göndərdiyi “ACMAT Bastion” zirehli maşınlarının Ukraynaya tədarükü nəzərdə tutulubmuş.
Bu barədə Fransanın “Ouest France” nəşri yazıb.
Kiyev isə həmin hərbi texnikanın zirehinin artilleriya və tank əleyhinə raketlərə qarşı zəif olmasını hesab edib.
Qeyd edək ki, ötən gün Fransa zirehli hərbi texnikasının Gürcüstandan keçərək Ermənistana aparılması barədə xəbərlər yayılmışdı.
Noyabrın 11-dən 12-nə keçən gecə Gürcüstanın Poti limanında Ermənistan ordusuna tədarük edilməsi nəzərdə tutulan, “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar yüklənərək göndərilib.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq Fransanın Ermənistana “ACMAT Bastion” markalı çoxməqsədli zirehli maşınlar və müxtəlif hərbi avadanlıqlar göndərməsini pisləyib.