Külək güclənəcək, qar yağacaq - Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti hava şəraiti haqqında xəbərdarlıq yayıb.

Xidmətdən verilən məlumata görə, noyabrın 14-ü gündüz Bakıda və Abşeron yarımadasında cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, 14-ü axşamdan 15-i səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Noyabrın 14-dən 15-nə keçən gecə və səhər Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi-aran, Dağlıq-Şirvan) yağıntıların leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Noyabrın 14-ü axşam, 15-i gecə və səhər qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ