Vətən müharibəsinin davam etdiyi günlərdən birində bədəncə cılız, lakin aslan ürəkli bu cəsur oğlanı bir anda dünya tanıdı.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı ilə “Qumbara” ləqəbi qazanan Tərlan Həsənovun noyabrın 12-də toyu olub.
Məclisdə çox sayda qazi, Vətən müharibəsi iştirakçıları, eləcə də millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Məclisə qatılanlar gənclərə xeyir-dua verib, Tərlanın qəhrəmanlıqlarla dolu döyüş yolundan bəhs ediblər.
Qeyd edək ki, Tərlan Həsənov döyüş yoldaşlarını xilas etmək üçün özünü qumbaranın üstünə atmış və möcüzə nəticəsində özü də sağ qalmışdı.