Azərbaycanda universitetdə oğlanlara saqqal qadağası qoyuldu

Sumqayıt Dövlət Universitetində oğlanlara “saqqal qadağası” qoyulub.

Buta.media Modern.az-a istinadən məluat verir ki, təhsil ocağının adının açıqlanmamsını istəyən tələbələri bildiriblər ki, saqqalı olan oğlanlar universitetdə dərslərə buraxılmırlar. 

Hətta buna görə qaib alan tələbələrin artıq şikayətlənməyə başladıqları da söylənilir.

Universitetinin mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, bu, daxili nizam-intizam qaydasıdır. 

“Sumqayıt Dövlət Universitetində tələbələrə saqqal qadağası qoyulması barədə sualınıza cavab olaraq bildirmək istəyirik ki, təhsil ocağımız bu gün təkcə maddi-texniki bazası, yetişdirdiyi mütəxəssislərlə deyil, həm də mükəmməl kadr potensialı ilə nüfuz sahibidir.

Bir sözlə, tələbə çalışqan, intizamlı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, gigiyenik qaydalara əməl etməli, tələbə oğlanların üzü həmişə təraşlı və səliqəli olmalıdır. Ali təhsil müəssisələri gələcəyin ictimai xadimini, müəllimini, həkimini, mühəndisini və s. yetişdirir. Bu səbəbdən də tələbələr geyimi ilə tərbiyəvi örnək təsiri göstərməyə çalışmalı, digər gənclərimizə nümunə olmalıdırlar. Bütün bunlar onların vətənimizin keşiyində duracaq əsgər kimi formalaşmasında da bir məktəbdir”.

Mətbuat katibi deyib ki, bu cür məsələlərin mətbuatda işıqlandırılmasın əleyhinədirlər:

“Toxunduğunuz məsələ isə Sumqayıt Dövlət Universitetində yeni bir hadisə deyil, bu ənənə uzun müddətdir davam edir, universitetimizdə təhsil alan tələbə və onların valideynlərinin 90 faizindən çoxu bu məsələdən olduqca məmnundurlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ