Yük maşınının təkəri çıxıb yol kənarındakı şəxsi öldürdü - Foto

Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib. 

Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ