Bakı-Qazax magistral yolunun Ağdaş rayonundan keçən hissəsində piyadanın ölümü ilə nəticələnən hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Ləki qəsəbəsinin girişində yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan 1983-cü il təvəllüdlü Hümbətov Aqil Aydın oğluna dəyib.
Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.