Neftçalada iş adamı özünü öldürdü: Əxlaqsızlıq edirmiş - foto

Neftçalada 16 yaşına çatmayan şəxsə əxlaqsız hərəkətlər etməkdə şübhəli bilinən kişi intihar edib.

Bakupost-гт məlumatına görə, intihar edən 52 yaşlı A.Hüseynov uzun illər Rusiyada yaşayıb. O, rayonda imkanlı şəxs kimi tanınıb. Belə ki, onun bir neçə obyekti, eləcə də Neftçalanın mərkəzində avtomobilyuma məntəqəsi olub.

A.Hüseynovun ailəli və iki övlad atası olduğu bildirilir.

Qeyd edək ki, DİN-in Mətbuat xidmətinin regional qrupunun yaydığı məlumata görə, hadisədən sonra A.Hüseynovun yaxınlarının iştirakı ilə meyitə baxış keçirilib, onun bədən səthi üzərində hər hansı xəsarət izi aşkar olunmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ